Şair ve Yazarların Buluşma Sayfası

Nazli Hacili

XOCALIM

Email :5

XOCALIM.

Qansız düşmən göstərib öz soyunu,
Çox artırdı məkirlərin sayını,
Fitnə ilə qurub şeytan oyunu,
Saldı səni bu zülmətə ,Xocalım..
**
Aldı başın üstün qara bir duman,
Cəlladlar vermədi bu xalqa aman,
Ziddinə işlədi həm şər,həm zaman,
Düşdün böyük müsibətə,Xocalım..
**
Qətliyamda müqəssir olanların,
Günah edib,cəzasız qalanların,
Mütləq səni bəlaya salanların,
Dəyəcək başı əhlətə,Xocaləm..
**
Bir gün sənin qisasın alınacaq,
Bu rəzillik dünyada tanınacaq,
Bəd düşmənin tükləri yolunacaq,
“Qisas qalmaz qiyamətə” Xocalım…

Nazlı Hacılı.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts