Ruhen Gah Yanında
Ruhən gah yanında, gah uzaqdayam,
Gizlicə dost kimi sevənim sənsən.
Bəlkə bürkülərdə, ya sazaqdayam,
Gizlicə dost kimi sevənim sənsən.
Mənim bu dünyada güvənim sənsən.
Qəm-qüssəni əllərimlə sökərəm,
Dar gününə sevinc tumu əkərəm.
Ömür boyu qayğını da çəkərəm,
Gizlicə dost kimi sevənim sənsən.
Mənim bu dünyada güvənim sənsən.
Pünhanəyəm, mənə olan olubdu,
Həsrətindən rəngim-ruhum solubdu.
Eşq piyaləm vüsalınla dolubdu,
Gizlicə dost kimi sevənim sənsən.
Mənim bu dünyada güvənim sənsən.
Punhane Eliyeva
www.kafiye.net





