Şair ve Yazarların Buluşma Sayfası

Solmaz ŞİRVANLI

Mən.

Email :3

Mən.

Deyirsən deyişək,nədən başlayaq,
Dünyanın qəminə yüklənmişəm mən.
Mən karvan önündə bir saribanam,
Bax üzü yoxuşa diklənmişəm mən.
***********
Sənsizlik yükünü çəkə bilmirəm,
Gözümdə yaş donub tökə bilmirəm,
Bu sınıq ürəyi tikə bilmirəm,
Tay-tuş arasında təklənmişəm mən.
*********
Ay Solmaz,eyləmə yenə gileyi,
Rəbbim özü yazır bəxti,taleyi,
Olmusan,olarsan Haqqın mələyi,
Şerə,musiqiyə köklənmişəm mən.

15-09-2016
Solmaz Şirvanlı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts