AXI,NƏDİ MƏRAMIMIZ
Sən də,mən də bir soydanıq,
Bülbül,birdi bu yaramız.
Nə gül bilməz,qəfəs bilməz
Sızıldar,inlər haramız?!
Qoyub köksə başımızı,
Anıb güllü yazımızı,
Axıdıb göz yaşımızı,
Bir an olmaz aramımız.
Ah-zarımız bizə həmraz,
Eynimizi açmaz hər yaz,
Kimsə duymaz,kimsə sormaz,–
Axı,nədi məramımız?..
MƏZAHİR İSGƏNDƏR





