YOLUM HAQQA GEDƏR MƏNİM
Qafil,məni biləməzsən,
Yolum eşq yolu,eşq yolu!
Mənimlə yol gedəməzsən,
Yolum eşq yolu,eşq yolu!..
Müəllif
———–
Zalim,dur qovhaqovlardan,
Yolum haqqa gedər mənim!
Keçib oddan-alovlardan,
Yolum haqqa gedər mənim!
Nə yamana,qana deyil,
Nə şöhrətə-şana deyil,
Nə o-nə bu yana deyil,
Yolum haqqa gedər mənim!
Kimsə duymaz mən duyanı,
Dörd bir yanım eşq büryanı…
Unudub fani dünyanı,
Yolum haqqa gedər mənim!
Bilib yaxşı,yaman-pisi,
Qovub başdan duman-çisi,
İçimdə Tanrı vergisi–
Yolum haqqa gedər mənim!
Qara kölgə,day gendə dur,
Sağım da nur,solum da nur,
Məzahirin yolu budur–
Yolum haqqa gedər mənim!
MƏZAHİR İSGƏNDƏR.





