Şair ve Yazarların Buluşma Sayfası

Mezahir İsgender

AY ANAMIN ÖZÜ ,XALAM

Email :5

Öz xalasını məncə sevən varmı?
??????????????????????????????

AY ANAMIN ÖZÜ ,XALAM

Xalam(LAÇIN) çox ciddi xəstə idi və qonşulugumuzda olan qızıgildə müalicə olunurdu.Demək olar ki, hər gün bi-neçə dəfə onun yanına gedir söhbətləşib,dərdləşirdik. Bir səhər dəgetdikdə, onu orda görmədim. Sanki birdən ürəyimin teli qırıldı Sarsıldım. Mübhəm bir qorxu hissi ürəyimi bübürüdü…
Sən demə,nəvəsu onu öz kəndlərinə aparmışdı.

Gəlib,gördüm ki,getmisən
Ay anamın özü,xalam!
Quş olub,fərar etmisən,
Ürəyimin sözü xalam,
Ay anamın özü xalam!

Bağım-bağçam,gülüm sənsən,
Günüm,ayım,ilim sənsən,
Gecə-gündüz dilimdəsən,
Budu sözün düzü,xalam,
Ay anamın özü,xalam!

Ona-buna olub ana,
Yandın onnan-bunnan yana,
O da,bu da barı,qana!..
Çeşmələrin gözü xalam,
Ay anamın özü,xalam!

Varsan,dünyam elə yar ki!
Neylər mənə boran,qar ki?!
İçimdə bir ocaq var ki,
Sənsən odu,közü,xalam,
Ay anamın özü xalam!

Zalım fələk bizin itdi,
Qəlbim dilim-dilim etdi,
Atam getdi…anam getdi…
Sənsiz necə dözüm,xalam?
Ay anamın özü,xalam!
Ay anamın özü,xalam!

MƏZAHİR İSGƏNDƏR.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts