Şair ve Yazarların Buluşma Sayfası

Nazli Hacili

DƏYMƏSİN..

Email :4

DƏYMƏSİN..

A canım ,qədrini bil hürriyyətin,
Çin olsun hər kamın,oxa dəyməsin.
O qədər bol olsun süfrə nemətin,
Əlin uzananda boşa dəyməsin.
*
Qoyma dəli kədər qəlbə ah atsın,
Hünər addımını hər an şux atsın,
Mərd odur mərdliklə azı çoxaltsın,
Azaltmaq naminə çoxa dəyməsin..
*
İncimə saçına dən dəyibdisə,
Eşq silər gözünə nəm dəyibdisə,
Bir dəfə könlünə qəm dəyibdisə,
Dua et,əfv dilə daha dəyməsin.

Nazlı Hacılı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts