Çağır Gəlim.
Çağır gəlim,qoy yaşayım elində,
Nəğmə olum ,bitim sənin dilində,
Qoy alışım kösövündə,külündə,
Alovuna,həm közünə bələnim,
Yağmur olum ürəyinə çilənim.
Nolar gözəl gəl səsimə bir səs ver,
Yenə mənə yaşamağa həvəs ver,
Çağır gəlim,nəfəsimə nəfəs ver,
Bir nur olum hər sözünə ələnim,
Nəmli gözü əlləriylə silənim.
Mart 2016
Müəllif:Solmaz Şirvanlı
Şamaxı,Ovculu kəndi
www.kafiye.net





