Şamaxım
Sən ey doğma Şamaxım,
Sən ey ulu Şirvanım,
Yaşa,ucal hər zaman,
Sənə qurbandır canım.
Bir doğma övladınam,
Sən də mənim anamsan.
Havam,suyum,günəşim,
Yaşıl başlı sonamsan!
Solmaza çox yaxınsan,
Bil ki,canından əziz,
Başına dolandığım,
Məkkəmiz,Mədinəmiz!!
29 mart 2016
Müəllif:Solmaz Şirvanlı
www.kafiye.net





