Şair ve Yazarların Buluşma Sayfası

Qanun Ümman Qahabli

Axtar Məni

Email :4

Axtar məni

Mən qocaman bir palıdam, 
Eşqdən çalan, qəmli udam. 
Leysan dolu bir buludam, 
Şimşəklərdə axtar məni.

Sərt qış olsa, bəyaz qaram, 
Harda çən var orda varam. 
Təravətli bir baharam, 
Çiçəklərdə axtar məni.

Sözüm qılınc, daş kəsərəm, 
Tale yüklü bir əsərəm. 
Sərin mehəm, hey əsərəm, 
Küləklərdə axtar məni.

Seltək coşğun bir ilhamam, 
Sözlə dolu şirin canam. 
Xəyallarda arzu-kamam, 
Diləklərdə axtar məni.

Dar gündə qəlbim didərəm, 
Xoş gündə şadlıq edərəm. 
Dünya qalar, mən gedərəm, 
Ürəklərdə axtar məni.

13 avqust 2010
Qanun Ümman Qahabli
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts