Şair ve Yazarların Buluşma Sayfası

Zaur VEDİLİ

BAYRAĞIM

Email :4

BAYRAĞIM.

Ucal göyə,çat Günəşə,Aya sən,
Bil səninlə fəxr eləyir bu Vətən,
Heyran olub vüqarına hər ötən,
Ey üç rəngli,Ay,Ulduzlu bayrağım!

Torpağımda sən hər kəsə əzizsən,
Sən azadlıq,mütəqillik rəmzisən,
Sən göylərdə dalğalanan dənizsən,
Ey üç rəngli,Ay,Ulduzlu bayrağım!

Qalx göylərə Vətən adlı yuvandan,
Min fərəh al bu elindən,obandan,
Yadigarsan Məmmədəmin babamdan,
Ey üç rəngli,Ay,Ulduzlu bayrağım!

Rəngin Günəş,özün parlaq,dadın bal,
Bayrağımın rənginə bax, ilham al,
Qoy yaşasın müstəqillik,istiqlal,
Ey üç rəngli,Ay,Ulduzlu bayrağım!

Səndən aldıq eşqi,zövqü,həvəsi,
Səndən gəldi azadlığın nəfəsi,
Birgə qırdıq nəhəng dəmir qəfəsi,
Ey üç rəngli,Ay,Ulduzlu bayrağım!

Ucal göyə,çat Günəşə,Aya sən,
Bil səninlə fəxr eləyir bu Vətən,
Heyran olub vüqarına hər ötən,
Ey üç rəngli,Ay,Ulduzlu bayrağım!

Zaur Vedili  /1-dekabr-1992.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts