HELE DOĞULMAMIŞAM
Hələ doğulmamışam…
Doğuldu Yer kürəsi …
Ulduzu doğuldu, ayı doğuldu ,
dənizi doğuldu , çayı doğuldu…
Bir ana bətninə doğuldum mən də …
Doqquz ay yaşadım …
Böyüdüm… Qocaldım…Öldüm… Dirildim…
Doğuldu Yer kürəsi …
Ulduzu doğuldu, ayı doğuldu ,
dənizi doğuldu , çayı doğuldu…
Bir ana bətninə doğuldum mən də …
Doqquz ay yaşadım …
Böyüdüm… Qocaldım…Öldüm… Dirildim…
Köçdüm yeni dünyaya ,
Atama, anama şad xəbər kimi ,
Hələ bu dünyadan bixəbər kimi.
Atama, anama şad xəbər kimi ,
Hələ bu dünyadan bixəbər kimi.
Daddım meyvəsindən , içdim suyundan ,
Yığdım gözlərimə gördüklərimi ,
Yığdım ürəyimə sevdiklərimi ,
Hərənin öz yeri oldu içimdə .
İllər ötüşdükcə izim böyüdü ,
Izim böyüdükcə sözüm böyüdü ,
Gördüm oyunları gözüm böyüdü ,
Bu dünya kiçildi mən böyüdükcə .
Izim böyüdükcə sözüm böyüdü ,
Gördüm oyunları gözüm böyüdü ,
Bu dünya kiçildi mən böyüdükcə .
Gördüm ki, havası suyu azalır.
Daha yaşamağın duzu azalır…
Səsım uçub gedir başqa dünyaya ,
Baxdığım tərəfdə baxışım itir .
Daha yaşamağın duzu azalır…
Səsım uçub gedir başqa dünyaya ,
Baxdığım tərəfdə baxışım itir .
Zaman saçlarıma naxışlar salır,
Ömrümün bəzəyi, naxışı itir.
Köhnəlir bu dünya hər addımbaşı,
Ünvanı köhnəlir, yaşı köhnəlir.
Ömrümün bəzəyi, naxışı itir.
Köhnəlir bu dünya hər addımbaşı,
Ünvanı köhnəlir, yaşı köhnəlir.
Başımın üstündə ayı, ulduzu,
Ayağım altında daşı köhnəlir.
Köçür çiyinlərdə itirdiklərim ,
Ağaca çevrilib, quşa çevrilib,
Çiçəyə çevrilib, daşa çevrilib
Baş alıb gedirlər başqa dünyaya…
Ayağım altında daşı köhnəlir.
Köçür çiyinlərdə itirdiklərim ,
Ağaca çevrilib, quşa çevrilib,
Çiçəyə çevrilib, daşa çevrilib
Baş alıb gedirlər başqa dünyaya…
Mənsə yaşayıram insan ömrünü,
Ağac olmamışam, quş olmamışam,
Çiçək olmamışam , daş olmamışam.
Elə bu dünya da ana bətnidi,
Hələ bu dünyadan doğulmamışam.
Hələ bu dünyadan doğulmamışam.
Ağac olmamışam, quş olmamışam,
Çiçək olmamışam , daş olmamışam.
Elə bu dünya da ana bətnidi,
Hələ bu dünyadan doğulmamışam.
Hələ bu dünyadan doğulmamışam.
Cevanşir ESGER
www.kafiye.net
www.kafiye.net





