Tükəndi varlığım, batdı günəşim,
Ayda görünmədi bu axşam yenə.
Bilməm nə oldu, nə söylədilər,
Dünya zalımdı!- nə dedim sənə?
Dəyişib çöhrəni, çatıb qaşını,
Qan tutub gözünü, alıb başını…
Yenə başlamısan öz savaşını,
Dünya zalımdı! – nə dedim sənə?
Fağirdı eşqimiz, salma dillərə,
Qayıt, varlığımı talama!- belə.
Gedirsən get, cəhənnəm ol!
Cəhənnəm ol! – min kərə…))
Dünya zalımdı! – nə dedim sənə?
Raifə Sərxan qızı 25.04.2012 14.37
Azərbaycan Bakı
www.kafiye.net





