Təzə məktubunu tapmışam dünən,
Köhnə kitabların aralarından.
Demə,unutmuşam özüm bilmədən
Silmişəm illərin sıralarından.
Dünəndən hardasa bu məktubunu,
Açıb dönə-dönə varaqlamışam.
Sıxıb sinəm üstə ötən günləri,
Yada sala-sala hey ağlamışam.
Gör neçə il keçib bunun üstündən,
Bilirəm daha yazan deyilsən.
Bəlkə də indi tutub əlindən,
Körpə övladına öyrədirsən sən.
Sən nələr yazmısan deyə bilmərəm,
Səbəbin soruşma o mənə qalsın.
Pünhanə məktubun gizli sözləri
Qoy, bizim əbədi sirrimiz olsun.
Puhane Eliyeva
www.kafiye.net





