Şeir:Əsmər Bağırova
De hansı yaramı sarım ağlayım?..

Sanki şəhid olub şeirlərim də
Yanır kəlmələrim,düşübdü dərdə
De,harda basdırım,harda ağlayım,
De,hansı şeirə qara bağlayım?

Qəfil ayrılıqdan dolub,boşalır
Yazıq ürəyimin dərdi-səri də
De hansı dərdimi sinəmə yığım
De,hansı yaramı sarıb ağlayım?

Bu boyda ağrını çəkmək nə çətin
Bu boyda zülmətə dözmək də olmur
Hey şəhid qanına batır bayrağım
De,hansı məzara çöküm ağlayım?

Əsmər Bağırova 2022
www.kafiye.net