Həsrət nəğməsi.



Qəmdən zər-zibalı yazılan baxtım.

Rüzgarı telimə hey sığal oldu.

Vədəsiz yıxıldı atalı taxtım,

Bu nisgil qəlbimə qara xal oldu.




Duyduqca kövr
əldim ata nəğməsin,

İllərin sazağı göynətdi məni.

Dindi xatirəmdə dərd için-için,

Biçib qəm köynəyin inlətdi məni.




Zamanın ovcunda sıxılıb qaldım,

Xəzana büründü ömür çiçəyim.

Üzdüm əllərimi haqsız dünyadan,

Töküldü ömrümün küsən ləçəyi.




Sevda ümmanında üz
ən duyğular,

Dalğalar qoynunda çırpıldı daşa.

Hicran şərbətini süzüb badəmə.

Sənsizlik yaşadım səninlə qoşa.




Azdı eşq yuxulu x
əyallarımda,

Gənclik illərimin qoxusu itdi.

Cavab tapmadığım suallarımda,

Ruhumda bir həsrət nəğməsi bitdi.




Xalid
ə Nuray. 25.07.2022

www.kafiye.net