Susuruq.



Kor vicdanı məzar olar xəbisin,

Mala-pula kölə olan hərisin.

Mərhəməti olmaz ağlı naqisin,

Çəkilməz zülmündə, dərddə azırıq,

Zaman cövlan edir,bizsə susuruq.




Xalqın möhürl
ənib söz dodağında,

Boğulur qeyrəti öz qınağında,

Yalan, söz ovlayır düz oylağında,

Haqqa yetişməyə min sədd aşırıq,

Zaman cövlan edir,bizsə susuruq.




Ağsaq ağlı il
ə ad çıxaranın,,

Soyub,talamaqla dad çıxaranın,

Ocaqlar söndürüb,od çıxaranın,

Günahına dözüb günahlaşırıq,

Zaman cövlan edir,bizsə susuruq.




Namusu şöhr
ətə satıb qaçanı,

Boşboğaz tərifə,sözə uçanı,

Əyyaş,şərəfsizə qucaq açanın

Nimdaş ədasına baxıb çaşırıq,

Zaman cövlan edir, bizsə susuruq .




Qeyr
əti itirib cılızlaşanın,

Nəcabəti danıb, soyda azanın,

Qanı qarışdırıb azğınlaşanın,

Sınmış qələmindən min can asırıq,

Zaman cövlan edir,bizsə susuruq.




Xalid
ə Nuray.17.02.2022.

www.kafiye.net