SENİN HAYATININ


Sənin həyatının harasindayam?
Bəlkə xəyalında ilğım kimiyəm.
Bəlkə gözlərinin qarasındayam,
Ya sönmüş ocağın qorsuz külüyəm?


Sirdir, müəmmadir,əyridir,ya düž
Hansı qüvvə sənə cökdurübdür diz?
Dliinin ucundan qaytardıgın söž,
Ümid çicəyiyəm,sevda güluyəm.


Bəlkə hər aldığın nəfəsdə varam,
Guçüm yox qolumda zənciri qıram.
Səhvlərin ox olub, qanayır yaram.
Hönkürən bulağam,leysan seliyəm.


İsmim ürəyində çoxmu dərində?
Hansı nöqtəsində,hansı yerində?
O bitmək bilməyən eşq məhvərindən
Taleyinə qonan mələk teliyəm.


Keçdim taleyinin bir kənarından
Bəxtinə , ömrünə ortaq olmadan.
Göndərdi yaradan,aldı yaradan
Mən Tənha Buludam,Tanri əliyəm.
O Nurdan gəlmişəm,nurun diliyəm.


02.05.2024

Tamara Nadirevo Tenha Bulud
www.kafiye.net