PAPAMIN* ÇÖRƏK AĞACI



Bir şair “Qagamın şötkəsi” adlı,
Şeir paylaşmışdı, çox kövrək notla.
Kədərli olsa da, xatirə dadlı,
Papamı andırdı xoş bir ovqatla.


Böyüdük papamın biz nəfəsiylə,
Yatırdıq “şötkə”nin “laylay” səsiylə,
Sanki dərdləşirdi doğma kəsiylə,
Ona yanaşırdı bir etimadla.


…Qaçqınlıq bizi də çöllərə saldı,
Gen həyət, ev-eşik tökülü qaldı…
Dolu evdən açar, şötkəni aldı,
Yadlgardı, dedi, anam inadla.


Hesaba çəkərdi alın tərini,
Töküb çıxarardı üzə dərini,
Özü tək çəkərdi dərdi-sərini
Çörək qazanardı ancaq savadla.


Anam deyirdi: – o pul ağacıdır,
Həm də kompüterə böyük bacıdır,
Keçmiş xatirənin bir saygacıdır,
Olsa da əvəzi yeni icadla.


*Atama “papa” dediyimdən bu müraciət mənə daha dogmadır.


02 05 24

Fəridə Köçərli

www.kafiye.net