şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Allah dünyasın
dəyişən analarımıza rəhmət eləsin,bizimlə olanlara sağlam ömür.
NİYƏ
AĞLAMIRSAN?
– Anan yoxdu,
niyə bəs aglamırsan?
Soruşdu balaca Amira məndən:
Söyləyə bilmədim, sən anlamırsan,
Candan can ayrılıb anam gedəndən.
Aglayıb gedəni qaytarmaq olmaz
Bala, göz yaşıyla boşluqlar dolmaz,
Ölüb gedənlərin sevgisi solmaz,
İncimək olmaz ki Allah edəndən.
Böyü, atalı ol, ananla birgə,
Olsun ləyaqətdə yerin ön cərgə.
Yolunu kəsməsin həsrətli döngə
Mənimtək küsməsin ruhun bədəndən.
Fəridə Köçərli / 05.05.2024
www.kafiye.net
Yorum Yapın