QARAGÖL



Laçının hüsnünə sən yaraşıqsan
Göygöllə əkizsən sanki, Qaragöl.
Tökülən qanlarla sən qarışıqsan,
Buna görədirmi adın qara, göl?


Qar, duman çəkilib yolu açmasa,
Bənövşə görüşə qolun açmasa,
Zəfər süfrəsini ellər açmasa
Demək küsüb könül verdin qara, göl…


Səndə toxdayardıq qan qaralanda,
Xəstə istəyiylə hər qar alanda.
Otuz il yayını hər “qar” alanda,
Olmuşdu yarana məlhəm qar, a göl.



Fəridə Köçərli

12 09 23
www.kafiye.net