Bel baglamaram

14.09 23


Desələr də gözəl, çox zərifdilər,
Durna qatarına bel baglamıram.
Xisləti köçəri insan kimidir,
Uşaqtək gedişə ta aglamaram.


Durna qatarına bel baglamaram.
-Çirkin, dur burada, gözəl axtarım,
,,Qışı sənə verim, qalsın baharım”-
Deyəndən dost olmaz,nə də ki, yarın.


Qırıq ip üstünə odun yıgmaram,
Durna qatarına bel baglamaram.
Vətənin soyuğu, istisi varsa,
Dar günə, xoş günə kim yarıyarsa,


Can qurban, elində kim qarıyarsa.
Qış gedəni yazda heç axtarmaram,
Durna qatarına bel baglamaram.
Yaxşılıq etməyə yaramayana,


Yaralı barmağı sarımayana,
Yurdunda xoşbəxtlik aramayana,
Qına Fəridəni, yas saxlamaram.
Durna qatarına bel baglamaram.



Fəridə Köçərli

16 09 23
www.kafiye.net