Bu agrının və sevincin çəkisi,ölçüsü yoxdur.

Bəli,bunu yaşayanlar bilər((

Görüntülərə baxdıqca,rəy bölümündə bu şeir yarandı.


AĞLAMA

Ağlama,qardaşım,sənli dərdliyəm,
Otuz il ünvansız,bir sərsəriyəm.
Yenə şükürlü ol,sil göz yaşını,
Sən gördün evini, mən həsrətliyəm.


Otuz il agladıq , çəkdikcə ahı,
Allahdan üzmədik ümüd , pənahı
Qalibik, ağlama, dik tut başını
Bizik bu yerlərin şahı,padşahı.



Yanmış ata yurddan qalıbsa da kül,
…Bülbüllər oxuyub, yenə açar gül,
Bişirər qonşular,bayram aşını
Qayıt o günlərə,yenə danış, gül.


Olsan da otuz il yurd,ocagından,
Alarsan təsəlli azad dagından.
Qanıyla boyayan yurdun daşını,
De, şəhid ananın bala dagından.





Feride Köçerli
www.kafiye.net