GÜNAYDIN, SABAHINIZ XEYİR OLSUN DOSTLAR. ALLAH BÜTÜN XƏSTƏLƏRƏ ŞƏFA VERSİN , İÇİNDƏ DƏ MƏNİM HƏYAT ARKADAŞIMA


Gəl ki aydın olsun səhərim.

İndi mən sənə sabahın xeyir desəm,

səni özlədim desəm,

eşidəcəksənmi?… duyacaqsanmı?…

bilə bilmirəm ki…

Amma sən mənə tək bir kəlmə söyləsən,
mənim sabahlarım aydın olacaq,
gözlərim sevinc yaşlarımla dolacaq.

O qədər xoşbəxt olacam ki,

sənə yazdığım

şeirlərim nəğmə olacaq….



Gedişin kədərim oldu,

gəlişin sevincim olacaq.

O sevinci yaşat mənə.

Baxışın donubdur gözlərimdə,

Sözlərin əzbər oldu dilimdə,

Anıları gəzdirirəm özümdə,

Bitibdir inan, artıq sözüm də…



Zaman dayandı yatmış saatında,

Susdu telefon zənglərin,

Bir boşluq yarandı ömrümdə,

Çox gec oldu, gəl ,

gəl ki, şəfəq saçsın şəhərim.

Gəl ki, aydın olsun səhərim!



Səadət Qərib

25.06.23

www.kafiye.net