Bu şəkil bütün dünya uşaqlarının adından Dünyanı müharibəyə aparanlara müraciət olsun!



Müharibəyə şeir yazmayın


Dünya müharibəyə getdi…

İndi

damı uçur başına,

evi yıxılır dünyanın..

arzuları bombalanır,

tanklara çırpılıb dağılır,

Təyyarələrdən atılır,

PUAlarla vurulur

yanıb kül olur dünya…

Yıxılmırş yuvalardan ah qalxır göylərə…



Atları

üzünü Allaha tutub kişnəyir, Otları ağlayır,

itləri zingildəyir,

qurdları ulaşır..

İlanları, tısbağaları

suda haqlayır ölüm,

Şəhid olur,

yuvasına yem daşıyan

qarışqa sürüsü …

Hava döyüşündən

geri qayıtmır

ümid böcəkləri



Gözlərini, əllərini, ayaqlarını itirir,

əlil olur dünya…

Şirə çəkməyə çiçək tapmayacaq bal arıları…



Mən,

müharibəyə şeir yazmaq istəmirəm

Günəşə, Aya elçi düşürəm,

Havaya, suya, torpağa səslənirəm

Küləyə, yağışa yalvarıram,

Tanrıya çatdırsınlar səsimi…



Mən,

ölümü öldürmək istəyirəm , ölümə

şeir yazmaq istəmirəm!

Ölümdən

nənni asılmaz,

ölümdən uşaq doğulmaz,

Ölümdən ana olmaz…

Sən də müharibəyə şeir yazma.., yazma.., yazma!

Çağır qayıtsın müharibədən ,

sülhə gəlsin dünya

Sülh gəlsin dünyaya…



Şahnaz Şahın
www.kafiye.net

Bir 1 kişi görseli olabilir