Nazlı Hacılı.

QADINLAR



Peyqəmbər kəlamı,Allah sözüdür,
Qadınsız dünyamız nəyə gərəkdir?
Kişi ocaqdırsa,qadın közüdür,
Qadınsız dünyamız nəyə gərəkdir?

**

Rəbb günəşlə birgə ay yaradıbdı,
Həvvanı Adəmə tay yaradıbdı,
Qadını dünyaya pay yaradıbdı,
Qadınsız dünyamız nəyə gərəkdir?

**

Onda çiçəklərin təravəti var,
Onda məhəbbətin hərarəti var,
Onda kişi əzmi,cəsarəti var,
Qadınsız dünyamız nəyə gərəkdir?

**

Tomris qüdrətlidir bizim analar,
Həcər qeyrətlidir bizim analar,
Nigar ismətlidir bizim sonalar,
Qadınsız dünyamız nəyə gərəkdir*

**

Bir az ehtiyatlı olun igidlər,
Qadın qarşısına çəkməyin sədlər,
Sevgiyə layiqdir o şux afətlər,
Qadınsız dünyamız nəyə gərəkdir?

**

Hərgah vəfasızlıq edilsə ona,
Allah cəza verər günahgar cana,
Onlar bir zinətdir bütün cahana,
Qadınsız dünyamız nəyə gərəkdir?

**

Qoymayın xəzana düşüb solsunlar,
Qıymayın onları tənha qalsınlar,
Firəvan olsunlar,xoşbəxt olsunlar,
Qadınsız dünyamız nəyə gərəkdir?




Nazlı Hacılı.

www.kafiye.net