Feride Köçerli

Hər yazılan şeir müəllifin ünvanına aid deyil.

Qədir bilməyənlərə gəlsin.



Hamın olmaq istədim



Qeydinə qalsam da sən anlamadın,
Dost bir yana,hamın olmaq istədim.
Halına yanana, sən yanammadın.
Yorsan da fikrimdə qalmaq istədim,
Dost bir yana ,hamın olmaq istədim.



Korlar gördüyünü sən görəmmədin,
Kar duyan duygunu sən verəmmədin,
Gülüstan evimə sən girəmmədin.
Qovub qəhri, kamın olmaq istədim.
Dost bir yana,hamın olmaq istədim.



Ötəri hissləri daim pislədim,
Paklığa,doğruya səni səslədim,
Möhlətə sığınıb inam bəslədim…
Qış fəslisən, yayın olmaq istədim .
Dost bir yana hamın olmaq istədim.



Fəridə Köçərli /13.05.23.

www.kafiye.net