Feride Köçerli

Daddırar zəhər


Kini dəvələrdən çox olan insan
Özünü kənardan görə biləydi.
Yalandan qursa da tərəzi-mizan,
Öz qara əməli kaş”göyərəydi”.


Nə qədər müştəbeh,nə qədər xəbis,
Olasan kimsəni bəyənməyəsən.
Ya da adamlıqdan olasan xəsis.
Yaxşı əməllərə dəyəmməyəsən.


Dost sözü çoxuna halva,quymaqdır,
Otarar qarnını süfrən başında.
Fəridə, düşünmə sənə dayaqdır,
Daddırar zəhərin bir gün aşında.



Fəridə Köçərli

22.04.23.
www.kafiye.net