Nakam sevgi.



Sevənlərin baxışı,

Nazı da gözəl olur.

Asta-asta gülüşü,

İsmətli özəl olur.




Sevdalanmış gec
əsi,

Bal qatır yuxusuna.

Mürgülü pəncərəsin,

Ay qonur yaxasına.




Ulduzlar t
ək sayrışır,

Göyün yeddi qatında.

Cünun tək sevilməyə,

Qalanır eşq oduna.




Ür
əyində iffətlə,

Sevgisini gizləyir.

Bir aşiq ağ atlının,

Gəlişini gözləyir.




Zaman öz axarında,

Bəxti gülmür üzünə.

Qaralanmış taleyi,

Dərd yüküdü özünə.




T
ənha xəyallarıyla,

Qovrulur öz içində.

Yarım qalan sevdası

Qıvrılır öz içində.




Ruhu zülm
ət gecədi,

Sönüb ümid çırağı,

Sarvanı ulduz olan,

Ömrün bitmir sınağı.




Xalid
ə Nuray.20.08.2022

www.kafiye.net