KAĞIZ ADAM



Kağız gəmi, kağız adam




O sahil
ə çıxmaq üçün

Qeybdən hami göndər mənə.

Bir qələm də qoy içinə

Kağız gəmi göndər mənə.




Yalandan başımı qatır

Bu ələk vələk xəyallar.

Bu şəhid həlak xəyallar

Bu beşik bələk xəyallar.




S
əliqəsiz ümidlərin

Küləkləri yorur məni.

Ətirləri vurur məni…

Qaytarıb çırpır sinəmə,

Şüşə məni, büllur məni…




Bir ovuc toza dönd
ərir

Bu soyuq yellər adamı.

Bu şirin dillər adamı

Neyləsəm qızdıra bilmir

Bunca dərd-sər, odamı…




Oturum kağız g
əmiyə

Çıxım bu damdan, ilahi,

Çıxım odamdan, ilahi…

Sən də naxışla könlümü-

Ortaya bir adam çıxart

Kağız adamdan, İlahi…



(
Ədəbiyyat qəzetində çıxıb)



ŞAHNAZ ŞAHIN

www.kafiye.net