ŞƏHİD ARZULAR




N
ə qədər qəlblərə kədərdən cığır,

Dərddən iz saıdınız şəhid arzular.

Məgər qəm yükünüz beləmi ağır?,

Viranə qaldınız şəhid arzular.




Şirin x
əyalları çəkərək dara,

Sevən ürəklərə vurdunuz yara.

Yol çəkən gözlərə, endirib qora,

Nurunu aldınız şəhid arzular.




Doymamış çiç
əkli bahara-yaza,

Erkən tuş gəldiniz şaxta-ayaza.

Nə qədər anaya, gəlinə, qıza,

Göz yaşı oldunuz şəhid arzular.




Gün
əş şəfəqitək saçılmışdınız,

Ayın çırağından nur almışdınız.

Yenicə çiçəktək açılmışdınız,

Nə erkən soldunuz şəhid arzular.




Boy atan sevgini verib torpağa,

Bükülüb gəldiniz şanlı bayrağa.

Qızıl hərflərlə, qızıl varağa,

Bir tarix yazdınız şəhid arzular.




əllif.M.Duyğulu.


“Z
əfər Yolçuları” kitabımdan.

www.kafiye.net