YALVARIRAM TORPAQ, QAYTAR BALAMI



Avqustun 5-i Kəlbəcər rayonunda ordumuz tərəfindən yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin anasının dilindən.



Ruhun şad olsun şəhidim.



Balam səni ana bilib can dedi,

Vətən dedi, can Azəərbaycan dedi

Ana qəlbin necə rəva eylədi,

Söndürəsən Babək adlı çıramı?

Yalvarıram torpaq, qaytar balamı .




B
əy otağı geyib qara libası,

Xonçaları sanki tutubdur yası.

Yıxılıbdır onun sevgi dünyası,

Sən də yıxma mənim ümid qalamı,

Yalvarıram torpaq, qaytar balamı.




Nişanlıydı, vardı göz
əl bir yarı,

Açılmışdı yeni ömür baharı.

Bircə dəfə eşit səsim sən barı,

Kəsmə mənim yerdən, göydən çaramı,

Yalvarıram torpaq, qaytar balamı.




Soyuq olar, ş
əhid balam üşüyər,

Susuz olar, axı su da istəyər.

Qalxıb məni nə zamansa səsləyər,

Duyammaram o an ciyərparamı,

Yalvarıram torpaq, qaytar balamı.




Onu qaytar, razıyam g
əl al məni,

Qan qoxuyan qucağına sal məni.

Et balamın yanağına xal məni,

Təki sağalt qövr eləyən yaramı,

Yalvarıram torpaq, qaytar balamı.




İnsaf eyl
ə, qoyma edim ahu-zar,

Qıyma cavan şəhid ola arzular.

Üzərində bu qədər göz yaşı var,

Kəsəcəyəm sənlə haqqı-salamı,

Yalvarıram torpaq, qaytar balamı.

Qaytar balamı.




əllif.M.Duyğulu.

08.08.2022

www.kafiye.net