“O GÜN”



Biz ayrılan o günü

Ağardı tellərim də.

Əllərinin qoxusu

Hələdə əllərimdə.




Göz yaşına Kirpikl
ər

Tab gətirə bilmədi.

Saçlarımla yol aldı

Getdi, geri gəlmədi.

O gün son olacağın

Elə bil hiss edirdi

Saçlarım, dırnaqlarım,

qanım, ruhum bilirdi.

Bir mən bilməmişəmmiş

Nələr baş verəcəyin.

Bu bəlalı başımın

Nələri görəcəyin.

Bürüyübmüş ruhunu

Ayrılığın qoxusu…

Titrədirmiş dizini

Yüz illərin qorxusu.

Isidibmiş otağı

Tənhalıq hərarəti

Sadəcə gözləmirdim

səndən, bu pis xisləti.




Amma heyy düşünürdün

Siqaret damağinda.

Eynəyin altındakı

Taleyin qonağından

Qaçırdırdın gözünü.

Çıxırdın balkona tək

Qaçırdın öz özündən

Vicdanın qınağından.

Bir müsiqi də bizə

Həmdəm idi həmən gün.

Bizə həmdəm olaraq

Göz nəm idi həmən gün..

Dondurmuşdu dilini,

Doldurmuşdu sözünü.

Sanki yer göy hemen gün

Asmışdı üz-gözünü.

Ürəyimdə bir səə

Bəsləyirdim yaralı.

Bir anlıq çırpınaraq

Çalışırdı uçmağa

Qəlbimin yanğısından

-ayağı yanmış kimi.

Uça bilmədi o da

Ürəyin divarına

çırpılıb düşdü yerə

Qanadı sınmış kimi.




Ayrılığın zamanı!

Çatıbmış həmən o gün.

Dostumuz yas saxladı,

Düşmənlərsə toy düyün.

Səssizcə sağollaşib

Boylandım barmaq üstə

Öpmək üçün gözündən

Lap çıxdım dırnaq üstə.

Öpdüm iki gözündən

Öpdüm bal yanağından

Həsrətdə qalmaq üçün

Öpmədim dodağından.

Nə biləydim gün gələr

Ümidlər xəyal olar

Ölə-ölə yaşamaq

Mən üçün real olar.




Barmaqlarının izi

Dağ olub, möhür olub

Yanğımdan Süzülüb

Köksümdə məskən salıb.

Biz ayrılan o gündən….

Biz ayrılan o gündən.



Aygün Abbas.
www.kafiye.net