Otur, bir az dərdləşək




N
ə səs gəlir,nə işıq

Bu yol hara gedir bəs?

Bizi yoldan çıxaran

Sevgi deyil nədir bəs…




Otur bir az d
ərdləşək

Yol uzundu ,duruxma.

Biz ki,köhnə tanışıq

Ver əlini darıxma..




Üzüm bilib d
ərdiyim

Sən demə göz yaşıymış.

Başın götürüb qaçan

Qurda,quşa tuş imiş.




Boğulub üz
ə çıxır

Bu sularda üzənlər.

Ey narahat dünyada

Hey rahatlıq gəzənlər…




Yığılın
ətrafıma

Siz ..

vəfalı dərdlərim..

Haqq olan arzularım..

Sağ qalan istəklərim…



Şahnaz Şahın
www.kafiye.net