Qəmxar.



Hər ayrılıq Tanrıdan

Qismətlə göndərilir.

Saf duyğulu könüllər,

Yad əllərlə dərilir.




Etiraf imandandır,

Yalnış, səhvimiz çoxdu.

Saf-çürüyə səbrimiz,

Bircə ovuc da,yoxdu.




Kimini el içind
ə,

Gülərək alçaldırıq.

Kiminə əzab verib,

Vədəsiz qocaldırıq.




Əzabla yaşayanı,

Nədən duya bilmirik,

Dərd yükü daşıyanın,

İmdadına gəlmirik.




Əsil insan,o kəs ki,

Özgə qəmin bölüşə.

Duya acı hisslərin,

Qəmxar ilə dərdləşə.




Xalid
ə Nuray.22.07.2022
www.kafiye.net