Qırğızıstanda Leyla Əliyevanın “İssık-Kul”  şeirinə həsr olunmuş Beynəlxalq festival keçiriləcək

H.Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevanın sözlərinə yazılmış “İssık-Kul” mahnısı (Qırğızıstanın Əməkdar artisti Gülzinat Surançiyevanın qırğız dilindəki ifasında)  Qırğızıstan Teleradiokompaniyasının 19.08.2021- ci il tarixli qərarı ilə“Qızıl fond”a daxil edilib…

Artıq Azərbaycan diasporası da diqqəəkən layihələr həyata keçirməyə başlayıb. Bu baxımdan Qırğızıstan Respublikasında fəaliyyət göstərən “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun prezidenti, dəyərli ziyalımız, qəlbi, ürəyi həmişə vətən eşqi ilə döyünən Nüsrət Məmmədovu misal göstərmək olar. N.Məmmədovun Azərbaycanın dövlət strukturları ilə yanaşı, yaşadığı Qırğızıstan Respublikasının dövlət rəsmiləri ilə də çox sıx əlaqələri var. Qırğızıstan Respublikasında dəyərli ziyalı kimi N.Məmmədovu tanıyırlar və qəbul edirlər. O, rəhbəri olduğu Fondun təşkilatçılığı və dəstəyi ilə Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişaf etdirilməsi üçün çoxsaylı tədbirlər həyata keçirir. Bu tədbirlərin hər biri Qırğızıstanın yazılı və elektron KİV-də geniş işıqlandırılır.

N.Məmmədovun fəaliyyəti təkcə tədbirlər təşkil etməklə kifayətlənmir. O, həmçinin Azərbaycanın yazıçı və şairlərini nəinki qırğız, hətta özbək, kazax, tacik, türkmən, rus və ingilis dillərinə tərcümə edərək nəşr etdirir. Onu da diqqətə çatdırım ki, bütün tərcümə işlərini və kitabın çapını Nüsrət bəy böyük vətənpərvər bir insan kimi özünün şəxsi vəsaiti hesabına təşkil edir. Nüsrət bəy prezidenti olduğu Fondla birlikdə, tarixi Zəfərlə başa çatan 44 günlük II vətən savaşında döyüşən ordumuza çoxsaylı yardımlar edib. Yəni, N.Məmmədov da vətənə belə xidmətlər etməyi özünün mənəvi borcu bilir.

***

2008-ci ildə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Azərbaycana səfərini məhz Nüsrət Məmmədov təşkil etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çingiz Aytmatovu və onunla birlikdə Nüsrət Məmmədovu da qəbul etmişdir. Həmin görüş haqqında N.Məmmədov xatirələr yazmış və hələ də o günləri xoş xatirə kimi yad edir.

***

Təzəlikcə isə N.Məmmədov daha böyük bir layihəni həyata keçirmək niyyətindədir. Bu layihə qırğız və Azərbaycan xalqlarını daha da bir-birinə yaxınalaşdıracaq və mədəni əlaqələrini daha da inkişaf etdirəcək. Layihə barədə məlumat almaq üçün Qırğızıstanda fəaliyyət göstərən “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun prezidenti Nüsrət Məmmədovun Qırğızıstan prezidenti Sadır Japarova 23.06.2022-ci il tarixdə ünvanladığı məktuba diqqət yetirək:

“Hörmətli Sadır Nurkojayeviç!

Sizə məlumdur ki, 2019-cu ildə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vits-prezidenti Leyla Əliyeva Qırğızıstanda olarkən, İssık-Kul gölünə də səyahət etmişdir. Leyla xanım gölün son dərəcə gözəl olan mənzərəsindən heyrətə gəlmiş, Qırğızıstanın və Türk dünyasının incisi sayılan İssık-Kul gölünə şeir həsr etmişdir.

“Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”muzun maddi dəstəyi ilə bu şeir qırğız, Azərbaycan, türk, özbək, ingilis, ərəb, ivrit və digər dillərə tərcümə edilmişdir. Azərbaycan Milli Konservatoriyasının sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə Leyla xanımın bu şeirinə mahnı bəstələmişdir. Bu mahnını Azərbaycan, Qırğızıstan, Özbəkistan, İran, ABŞ, Misir və İsrailin məşhur müğənniləri öz dillərində oxumuşlar.

“Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun təşkilatçılığı ilə bu mahnının təsiri altında “İssık-Kul – türkün inci dünyası” adı ilə bu il Beynəlxalq festival keçirmək niyyətindəyik. Bu festival çərçivəsində bizim tərcümə edib, çap etdirdiyimiz “Türk dünyasının böyük şəxsiyyəti”, “Azərbaycan ərazisində erməni dövlətini yaratmaqda böyük dövlətlərin oyunu” adlı kitabların təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulur. Bundan əlavə, Azərbaycanın, Qırğızıstanın tarixinə, mədəniyyətinə həsr olunmuş sənədli filmlər, həmçinin hər iki dövlətin məşhur şəxsiyyətləri olan ümummilli lider Heydər Əliyev və Çingiz Aytmatova həsr olunmuş “İki böyük oğul” adlı filmin nümayişi də festival çərçivəsində göstəriləcək. Bu böyük tədbirin keçirilməsi “İssık-Kul” gölünə böyük turist axınına səbəb olacaq. Bu festivalın keçirilməsi, eyni zamanda türk dünyası ilə əlaqələrin genişlənməsinə və xüsusilə Qırğızıstanla Azərbaycanın siyasi-iqtisadi, mədəni əlaqələrinin daha da inkişaf etdirilməsinə səbəb olacaq.

Cənab Prezident,  bütün bunları nəzərə alaraq belə bir beynəlxalq tədbirin keçirilməsinə və Qırğızıstan-Azərbaycan arasında olan dostluğun daha da inkişaf etdirilməsi məqsədilə Sizin dəstəyinizə böyük ehtiyac var. Bu ilin avqust və ya sentyabr ayında keçirilməsi nəzərdə tutulmuş tədbir Bişkekdən başlayıb, “İssık-Kul” gölündə davam edəcəkdir. Festival Qırğızıstan respublikasının uyğun strukturları və Azərbaycanın Mədəniyyət Nazirliyi, həmçinin Heydər Əliyev Fondunun və “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun təşkilatçılığı ilə keçiriləcək. Bu münasibətlə Qırğızıstanın uyğun nazirliklərinə göstəriş verməyinizi, həmçinin Heydər Əliyev Fonduna, Azərbaycanın Mədəniyyət Nazirliyinə məktub göndərilməsini təmin etməyinizi Sizdən xahiş edirəm”.

Aldığımız məlumata görə, hazırda festivalın keçirilməsi üçün “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun prezidenti Nüsrət Məmmədovun Qırğızıstan prezidentinə ünvanladığı müraciət əsasında hazırlanan məktub diplomatik kanallarla Heydər Əliyev Fonduna və Azərbaycanın Mədəniyyət Nazirliyinə təqdim edilməsi məqsədilə, Qırğızıstanın Azərbaycandakı səfirliyinə göndərilib. İndi belə bir tədbirin keçirilməsi hazırda Qırğızıstanın Azərbaycandakı səfirliyindən aslıdır. Öyrənib, bildiyimizə görə, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev xalqını, dövlətini sevən çox vətənpərvər və ziyalı bir insandır. Hər halda düşünürük ki, Qırğızıstanla Azərbaycanın mədəni əlaqələrinin daha da geniş inkişafı etməsi məqsədi ilə festivalın keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

Yeri gəlmişkən xatırladaq ki, Leyla xanım Əliyevanın sözlərinə yazılmış “İssık-Kul” mahnısı Qırğızıstanın əməkdar artisti Gülzinat Surançiyevanın qırğız dilindəki ifası ilə Qırğızıstan Teleradiokompaniyasının  19.08.2021- ci il tarixli qərarı ilə“Qızıl fond”a daxil edilib.

“İssık-Kul” mahnısını qırğız müğənnisindən başqa Azərbaycanda Nüşabə Ələsgərli rus dilində, Gülyaz Məmmədova türk dilində, Gülyanaq Məmmədova Azərbaycan dilində, Senya Salman Rabayev ivrid və dağ yəhudisi dillərində ifa ediblər. Ümumilikdə isə “İssık-Kul” mahnısını 20-ə qədər müğənni 12 dildə ifa edib.

Biz də inanırıq ki, eyni kökdən olan Qırğızstan-Azərbaycan dövləti və xalqları arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün bu festivalın keçirilməsinə Heydər Əliyev Fondu ilə Azərbaycanın Mədəniyyət Nazirliyi birlikdə çox həssaslıqla yanaşacaq və festivalın baş tutması üçün bütün lazımi dəstək veriləcək.



Elçin MƏMMƏDLİ    

Açıklama yok.
Azerbaycan Cumhurbaşkanı İlham Aliyev / Nusret Memetov Türk dili konuşan vakıf başkanı





KIRGIZİSTAN’DA LEYLA ALİYEVA’NIN “
İssık-Kul ” ŞİİRİNE AİT ULUSLARARASI FESTİVAL YAPILACAK MI?

Kırgızistan’da Leyla Aliyeva’nın ”
İssık-Kul ” şiirine ithafen uluslararası festival düzenlenecek.

H. Aliyev Vakfı Başkan Yardımcısı Leyla Aliyeva’nın (Kırgızistan’ın Onurlu Sanatçısı Gulzinat Suranchiyeva tarafından Kırgızca seslendirilen) sözleriyle yazılan “
İssık-Kul ” şarkısı Kırgızistan Televizyon ve Radyosu kararıyla “Altın Fon”a dahil edildi. 19.08.2021 tarihli şirket…

Azerbaycan diasporası şimdiden dikkate değer projeler uygulamaya başladı. Bu konuda bir örnek, Kırgız Cumhuriyeti’nde faaliyet gösteren Türk Dili Konuşan Ülkeler Politikasını Destekleme Vakfı Başkanı, kalbi her zaman vatan sevgisiyle atan değerli aydınımız Nusrat Memmedov’dan verilebilir. N. Memmedov, Azerbaycan’ın devlet yapılarının yanı sıra yaşadığı Kırgız Cumhuriyeti’nin devlet yetkilileriyle de çok yakın ilişkiler içindedir. N. Memmedov, Kırgız Cumhuriyeti’nde değerli bir aydın olarak tanınmakta ve kabul edilmektedir. Başkanlığını yürüttüğü Vakfın organizasyonu ve desteği ile Azerbaycan-Kırgız ilişkilerinin gelişmesi için sayısız etkinlikler gerçekleştirmektedir. Bu olayların her biri Kırgız yazılı ve elektronik medyasında geniş yer buluyor.

N. Mammadov’un faaliyetleri etkinlikler düzenlemekle sınırlı değildir. Azeri yazar ve şairleri sadece Kırgızcaya değil, Özbekçe, Kazakça, Tacik, Türkmen, Rusça ve İngilizce dillerine de çevirerek yayınlamaktadır. Nusrat Bey’in büyük bir vatansever olarak tüm tercüme işlerini ve kitabın basımını masrafları kendisine ait olmak üzere organize ettiğini de belirtmek isterim. Nusrat Bey, başkanı olduğu Vakıf ile birlikte, tarihi bir zaferle sonuçlanan 44 günlük İkinci İç Savaş’ta savaşan ordumuza sayısız yardımlarda bulunmuştur. Yani N. Memmedov da vatana bu tür hizmetleri yapmanın ahlaki görevi olduğunu biliyor.

*

Nusrat Memmedov, 2008 yılında dünyaca ünlü Kırgız yazar Cengiz Aytmatov’un Azerbaycan ziyaretini organize etmişti. Ziyaret kapsamında Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı İlham Aliyev, Cengiz Aytmatov ve onunla birlikte Nusrat Mammadov’u kabul etti. N. Mammadov, o toplantıyla ilgili anılarını yazdı ve o günleri hâlâ güzel anılar olarak hatırlıyor.

*

Son zamanlarda, N. Mammadov daha büyük bir projeyi hayata geçirmeyi planlıyor. Bu proje, Kırgız ve Azerbaycan halklarını birbirine yakınlaştıracak ve kültürel bağlarını daha da geliştirecektir. Proje hakkında bilgi almak için Kırgızistan’da faaliyet gösteren “Türk Dili Konuşan Ülkelerin Politikasını Destekleme Fonu” başkanı Nusrat Mammadov’un Kırgızistan Cumhurbaşkanı Sadir Japarov’a 23.06.2022 tarihli mektubuna dikkat edelim. :

“Sevgili Sadir Nurkojaevich!

Biliyorsunuz 2019 yılında Haydar Aliyev Vakfı Başkan Yardımcısı Azerbaycan Cumhurbaşkanı İlham Aliyev’in kızı Leyla Aliyeva, Kırgızistan’dayken Issık-Kul gölüne seyahat etmişti. Gölün son derece güzel manzarasına hayran kalan Leyla Hanım, Kırgızistan’ın ve Türk dünyasının incisi sayılan Issık-Kul gölüne bir şiir adadı.

Bu şiir, “Türk Dili Konuşan Ülkeler Politika Destekleme Fonu”muzun maddi desteği ile Kırgızca, Azerice, Türkçe, Özbekçe, İngilizce, Arapça, İbranice ve diğer dillere çevrilmiştir. Azerbaycan Ulusal Konservatuarı sanat çalışmaları doktoru Profesör Abbasgulu Necefzadeh, Leyla Hanım’ın bu şiiri için bir şarkı besteledi. Azerbaycan, Kırgızistan, Özbekistan, İran, ABD, Mısır ve İsrail’in ünlü şarkıcıları bu şarkıyı kendi dillerinde söylediler.

Bu şarkının etkisinde, bu şarkının etkisinde Türki Siyaseti Destekleme Vakfı organizasyonunda “
İssık-Kul – Türk’ün incisi” adı altında uluslararası bir festival düzenlemeyi amaçlıyoruz. -Konuşan Devletler. Bu festival çerçevesinde, sergilediğimiz “Türk Dünyasının Büyük Şahsiyeti” ve “Azerbaycan Topraklarında Ermeni Devletinin Kurulmasında Büyük Güçlerin Oyunu” kitaplarının tanıtım töreni yapılması planlanmaktadır. tercüme edip bastı. Ayrıca Azerbaycan ve Kırgızistan’ın tarihi ve kültürüne yönelik belgesel filmler ile her iki ülkenin ünlü isimlerinden milli liderler Haydar Aliyev ve Cengiz Aytmatov’a ithaf edilen “İki Büyük Oğul” filminin gösterimi de yapılacak. Festival. Bu büyük etkinliğin düzenlenmesi, “Issyk-Kul” gölüne büyük bir turist akınına neden olacaktır. Bu festivalin düzenlenmesi aynı zamanda Türk dünyası ile ilişkilerin genişlemesine ve Kırgızistan ile Azerbaycan arasındaki siyasi, ekonomik ve kültürel ilişkilerin daha da gelişmesine yol açacaktır.

Sayın Cumhurbaşkanı, tüm bunları göz önünde bulundurarak, böyle bir uluslararası etkinliğin düzenlenmesi ve Kırgızistan ile Azerbaycan arasındaki dostluğun daha da geliştirilmesi için desteğinize büyük ihtiyaç vardır. Bu yılın Ağustos veya Eylül aylarında yapılması planlanan etkinlik Bişkek’ten başlayıp Issyk-Kul gölünde devam edecek. Festival, Kırgız Cumhuriyeti’nin uygun yapıları ve Azerbaycan Kültür Bakanlığı’nın yanı sıra Haydar Aliyev Vakfı ve “Türk Dili Konuşan Ülkelerin Siyasetini Destekleme Fonu” tarafından düzenlenecek. Bu vesileyle, Kırgızistan’ın ilgili bakanlıklarına talimat vermenizi, ayrıca Haydar Aliyev Vakfı’na ve Azerbaycan Kültür Bakanlığı’na bir mektup gönderilmesini sağlamanızı rica ediyorum.

Aldığımız bilgilere göre Türk Dili Konuşan Ülkeler Politikasını Destekleme Vakfı Başkanı Nusrat Mammadov’un Kırgızistan Cumhurbaşkanı’na hitaben yaptığı talep üzerine hazırlanan mektup Kırgızistan Büyükelçiliğine gönderilmiştir. diplomatik kanallardan Haydar Aliyev Vakfı’na ve Azerbaycan Kültür Bakanlığı’na sunmak amacıyla Azerbaycan’da bulunmaktadır. Halihazırda böyle bir etkinliğin düzenlenmesi, Azerbaycan’daki Kırgızistan Büyükelçiliği’ne emanet edilmiştir. Öğrendiğimize göre Kırgızistan’ın Azerbaycan Büyükelçisi Kayrat Osmonaliyev, halkını ve ülkesini seven çok vatansever ve zeki bir insandır. Her halükarda, Kırgızistan ve Azerbaycan arasındaki kültürel ilişkileri daha da geliştirmek için festivali düzenlemek için elinden geleni yapacağını düşünüyoruz.

Bu arada, Kırgızistan’ın onur sanatçısı Gulzinat Suranchiyeva’nın Leyla khanum Aliyeva’nın sözlerine yazdığı ve Kırgızca seslendirdiği “Issyk-Kul” şarkısının Kırgızistan’ın kararıyla “Altın fon”a dahil edildiğini hatırlatalım. 19.08.2021 tarihli Televizyon ve Radyo Şirketi.

Kırgız şarkıcının yanı sıra “Issyk-Kul” şarkısını Azerbaycan’da Nushaba Alasgarli Rusça, Gulyaz Mammadova Türkçe, Gulyanag Mammadova Azerice ve Senya Salman Rabayev İbranice ve Dağ Yidişçe seslendirdi. Toplamda, “Issyk-Kul” şarkısı 20 şarkıcı tarafından 12 dilde seslendirildi.

Ayrıca, Haydar Aliyev Vakfı’nın ve Azerbaycan Kültür Bakanlığı’nın, Kırgız-Azerbaycan devleti ile aynı kökenden halklar arasındaki kültürel ilişkileri daha da geliştirmek için bu festivalin düzenlenmesine çok duyarlı olacağına ve bunun için gerekli olan tüm etkinliklerin gerçekleştirileceğine inanıyoruz. festivalin gerçekleşmesi için destek sağlanacaktır.



Elçin Memmedli



Nusret Memetov
Türk dili konuşan vakıf başkanı


wwwkafiye.net