Əsgər Atası

[ Real qəhrəmanlar silsiləsindən: ]

––––––––––––————————



Bir zamanlar yalnız kinoda gördük,

Əsgər Atası”ydı o filmin adı.

Qəhrəmanı yaşlı bir ata idi,

Oğlunu görməkdi arzu – muradı.




Bir
əsgərdi oğlu uzaq ellərdə

O gənc tank sürürdü müharibədə,

Qələbə qazandı bir çox döyüşdə,

Artdı atasının ümid, inamı.




Atanın ür
əyi tez – tez vururdu,

O öz oğlu ilə qürur duyurdu,

Eyy, Qoderzi deyə çağırıb, durdu,

Oğul qəhrəmandı, Ata vüqarlı.


~~~~~~~~~~~~~~~~~~~~~~


Qadalar, b
əlalar bizi də tapdı,

Ölkəmiz dəətli günlərə qaldı,

Cavanlar meylini orduya saldı,

Vətən qorumağın gəldi zamanı.




Müs
əlləh əsgər tək getdi cəbhəyə,

Burada yer yoxdur heç bir şübhəyə

Göndərdi oğlunu müharibəyə,

Canından canını, din – imanını.




Siz
ə təqdim edim Şair İmranı,

Uğurladı Ata oğlu Kamranı.

Susdurdu qəlbində tarı – kamanı,

Bağladı çantada dəftər, kitabı.




Dözm
ədi ürəyi cəbhəyə getdi,

Oğluna baş çəkdi, ziyarət etdi,

Bütün əsgərlərə məsləhət verdi,

«Ey İgid, düşmənə vermə amanı!»




Gün g
əldi ordumuz qələbə çaldı,

Torpağı düşmənin əlindən aldı,

İt kimi qovaraq, çuxura saldı,

Gəldi azadlığın gözəl dövranı.




Qoyduq q
ələbənin *ZƏFƏR* adını,

Duyduq azadlığın şirin dadını,

Artıq tanıyırıq ‘qohum – yadını’,

Hər il keçirdirik “Zəfər Paradı.”




Xoş x
əbərlər gəlir tez – tez ünvana,

Oğlunuz layiqdir şərəfli ada,

Çoxlu təltiflərə, bir çox medala,

Nə şərəfli addır *Əsgər Atası!*




 Elmaya Cabbarova.

26.06.2022.
www.kafiye.net