Ömür kitabım



Ey ruh əkizim, ömür kitabım,

Vardır hər vərəqdə gözəl anlarım,

Xəyali də olsa, *Sonsuz roman*ım,

Ay hər il yenidən gələn baharım!




O q
ədər uzaqsan, həsrət bitməyir,

Harayım çatmayır, ünüm yetməyir,

Nədən taleyimiz üzə gülməyir,

Bəxtimin ulduzu, sevgili yarım!




Gözl
ərimə məftun olan sevgili,

Gəl baxışlarına qərq eylə məni,

Yoxluğunda qəlbə dolan nisgili,

Varlığınla yox et, son intizarım!




Sevgiy
ə dünyada qal, həvəsini,

Sevənə qaytaraq ruh, nəfəsini,

Ölməyən sevdanın xəritəsini,

İlk dəfə biz çəkək, əhdim – ilqarım!




Ruhun n
əğməsini, qəlbin səsini,

Sevən könüllərin iradəsini,

İlahi sevginin abidəsini,

İkimiz yaradaq, könül memarım!




Yerini d
əyişək Günəşin, Ayın,

Səmtini çevirək axar gur çayın,

Hər ağacdan verək meşəyə payın,

Biz qoşa dayanaq, dağ tək vüqarım!




Bir süfr
ə bəzəyək güllü – çiçəkli,

Cəh – cəhli quşlarla, ağ kəpənəkli,

Sən rəssam xülyalı, sevən ürəkli,

Mən “Şur,” “Bəstənigar” ey vəfadarım!




Elmaya Cabbarova.

27.06.2022.
www.kafiye.net