EYLƏMƏRƏM…




Mən vətən qızıyam,vətən mənimdir,

Mən mənim olana şəkk eyləmərəm.

Vətən sevməyənə yaşam qənimdir,

Ölsəm bu sevgimi tərk eyləmərəm.


*


Ona m
əhəbbətim qoymaram sönə,

Hər cür möhnətinə gərərəm sinə,

Məni bir dərk edən vətəndir yenə,

Vətənsiz heç nəyi dərk eyləmərəm.


*


Gözüm yaş olanda mehriyl
ə silir,

Qəmimi çiçəyin şehiylə silir,

Köçəndə torpağı qol açır,bilir,

Mən özgə vətəndə koç eyləmərəm.


*


Ür
əklə gəzərəm belədən belə,

Onun zərrəsini vermərəm yelə,

Mən elə vurğunam yurduma,elə,

Dərdimi mən ona yük eyləmərəm.


*


Nazlıyam,el sevir m
əni mən kimi,

Olsam da hamıya yaxın,tən kimi,

Ərkim vətənimə ərk edən kimi,

Bəlkə özümə də ərk eyləmirəm..




Nazlı Hacılı.
www.kafiye.net