Türkün saflığı



Bizim b
əlamızın kökü dərində,

Millətin adının Türk olmasında.

Qorxusundan hiylə qurur düşmənlər,

Bizim hiyləmizin yox olmasından.




H
ər kəsi özü tək məğrur biləndir,

Məzlumun gözündən yaşı siləndir,

Halal çörəyini yarı böləndir,

Hər zaman gözünün tox olmasından.




Ərənlər güvənər mərd görkəminə,

Qarşı dura bilməz tamah, nəfsinə,

Yadelli “gözəlin” uyub məkrinə,

Qarışıq soy – kökün çox olmasından.




Unudub keçmişi “dosta” qanandır,

Yağı düşməninə süfrə açandır,

Gedəndə pay qoyub, yola salandır,

Düşmənin gözündə saf olmasından.




Hamıya göst
ərib qayğı, mərhəmət,

Sevgiylə yanaşıb, edirlər hörmət,

Yadlara bəsləyib təmiz məhəbbət,

Özünə dəyərin az olmasından.




əllif: Elmaya Cabbarova.

29.05.2022.
www.kafiye.net