Rəfiqəm




Gəncliyimin adı, sözüm – söhbətim,

İllər yadigarı rəfiqəm mənim,

Məktəb yollarında qoşa həmdəmim,

Hər zaman yanımda olanım mənim.




Çaya yollanardıq su g
ətirməyə,

“Kür”ün kənarında vaxt keçirtməyə,

Hətta sevinərdik köks ötürməyə,

Eyni düşüncədə olanım mənim.




Boş vaxt tapan kimi, evd
ən qaçardıq,

Danışıb, gülüşüb qanad açardıq,

Pərvaz ruhumuzla göyə uçardıq,

Həsrətdə, gümanda qalanım mənim.




Buludlar üstünd
ə dünya tapardıq,

Məsum arzulardan xəyal qurardıq,

İlk eşqdən, sevgidən deyib – durardıq,

Nağılım, hekayəm, dastanım mənim.




Bir
əks səda gəldi o nazlı qızdan,

Gəl tut yetişəndə qohumdan, yaddan,

Söz de, nəğmə oxu vəfalı yardan,

Sözümün ləzzəti, məzəsi mənim.




əllif: Elmaya Cabbarova.

05.06.2022.
www.kafiye.net