Bu gün “Şairlər günü”dür,dəyərli şairlərimizi təbrik edirəm.Qələminiz süngü kimi düşmənin gözünü oysun,sözləriniz nur olub qaranlıq yollara işıq saçsın,ürəkləri ovlayan duyğularınız misra-misra yaddaşlara naxış toxusun!



Şair əhdi




İçimd
ə boy atan dərdim,

Məlhəmdi öz ürəyimə.

Dərdimlə göyərdim özüm,

Sadiqəm, şair əhdimə.




V
ətən adlı qeyrətimə,

Səcdə edib əl açıram.

Bir ovuc vətən torpağın,

Şəhid qanımla qucuram.




Qırılıram büllur kimi,

Qəlbimi doğrayan sözə.

Türkəm deyən haqq səsimlə,
Haqsızı endirr
əm dizə.




B
əxti dönmüş üz görəndə,

İntihar ürəyim yanar.

Haqqa bağlı göz görəndə,

Buz baxışım alovlanar.




Q
əlbi zülmət olanların,

Dünyasına nur səpərəm.

Doğru deyən yalanların.

Ayağına sədd, çəpərəm.




Xalid
əyəm, haqq yolunda,

Iz axtarıb, iz gəzirəm.

Vətən adlı sevgim üçün

Ürəklərdə köz gəzirəm.




Xalid
ə Nuray.23.08.2021

www.kafiye.net