17.05.22


Güvəndiyim…





Güv
ənməmək öyrətdin sən,

Güvəndiyim,dost adamı.

Dar günümü seyr etdin sən,

Şad günümün, “tost” adamı.

Güvəndiyim, dost adamı.




Xeyrin üçün tapıb h
ərif,

Boşboşuna etdin tərif,

Körpü sözü sənə heyif,

Çoxlarına”most”adamı,

Güvəndiym dost adamı.




Xeyrin üçün düzd
ən keçdin.

Yüz həyalı üzdən keçdin.

Bir nəfinə yüzdən keçdin,

Nəfsin qoydu mat adamı,

Güvəndiyim,dost adamı.




N
ə toyluq, nə yas kimisən,

Uduzmusan, pas kimisən

“Sülh məramll”rus kimisən,

Yol bagladın, post adamı,

Güvəndiyim, dost adamı.




Fəridə Köçərli.

www.kafiye.net