Ruhum incədən, incə



Misralar üstümə hücum çəkirlər,

Yazmaq niyə müşkül, nədən cətindir?

Sənin əhvalına köklənmişik biz,

Bilirik, düşüncən, ruhun mətindir.




Q
ələm yazmaq istər, mürəkkəbi yox,

Könlümün qübarı, dərdi – qəmi çox,

Artıq inanmayır, yalanlara tox,

Xəyalda yaşanan, bir hekayətdir.




Ağ kağız önümd
ə hey gileylənir,

Küsüb, uzaq durur, yan meyillənir,

Mənə acıq verir, dinir, söylənir,

Bəlkə bu xəyaldır, bir rəvayətdir.




Ür
əyim dözməyir, alıb qələmi,

Yazıram könlümdə yatan nəğməmi,

Anladım bitməyən, sonsuz sevgimi,

Qələmə, kağıza bir sədaqətdir.


əllif: Elmaya Cabbarova.

05.05.2022.

www.kafiye.net