T a b l o



Mən bir rəssam olmasam da,

Xəyalımda olsa belə,

Bir tabloda yaratdığım,

Dolaşacaq eldən – elə.




H
ər bəndin öz çalarını,

Öz rəngini yazıram mən,

Sözümə qədd, qamət verib,

Öz məğməmi çalıram mən.




Göy üzünd
ə qurub hana,

Mən bir xalı toxuyuram,

İlmə – ilmə vurub naxış,

Sevgimizdən oxuyuram.




Saç telim
ə inci düzüb,

Qara gözü xumar süzüb,

Yar könlümü yaman üzüb,

Həsrət dolu gəzirəm mən.




Sev
ənlərin arasında,

Qaratikan əkməsinlər,

Azad könül bağçasında

Çəpər, sərhəd çəkməsinlər.




Tablo hazır, r
əngi gözəl,

Yaratdığım şeir, qəzəl,

Min bir məna, dərki özəl,

Dolaşacaq eldən – elə.



əllif: Elmaya Cabbarova.

23.04.2022.

www.kafiye.net