….. A Y İ Y D Ə Ç İ Ç Ə Y İ …..

( Və bu iydə çiçəyinin yanında yazdım İndiki bu şeiri də)

————————




Ay iyd
ə çiçəyi, iydə çiçəyi,

Nələri düşündüm,nələri andım?

Sizi gördüm,mən on səkkiz yaşımda

Elə bil ki olduğuma inandım.




Siz
ə baxdım,yenə çıxdım yollara,

Çeşmədən qayıdan o qızı gördüm.

Görüb də əlimdə sizi yığılı,

Özündən olubdu çox razı,gördüm.




Ay iyd
ə çiçəyi, iydə çiçəyi,

Nə süsən, nə sünbül sizə bənzəməz.

Siz olmasaz,ətir saçmaz bu yaz da,

Lalə də, nərgiz də siztək bəzənməz.




Əlimdə siz olan iydə çiçəyi

Qəfil çıxdım,mən o qıza tuş oldum.

İstədim içməyə ovuc su ondan,

O verdi, içdim də mən bihuş oldum.




Ay iyd
ə çiçəyi, iydə çiçəyi,

Hələ də qarşımda o qız durubdu.

İçib o ovcuma tökülən suyu,

Fikrim də,ruhum da lap qudurubdu…




Ay iyd
ə çiçəyi, iydə çiçəyi,

Siz indi burdasız,bəs o qız hanı?

Oyuydu çiçəyim,oyuydu gülüm,

Oyuydu sevdirən mənə dünyanı…




…Oyuydu sevdir
ən mənə dünyanı,

Şirindi həm gülü,həm də ləçəyi.

Mən onu düşündüm,mən onu andım,

Ay iydə çiçəyi, iydə çiçəyi!..




M
ƏZAHİR İSGƏNDƏR

13.05.2022
www.kafiye.net