Xatirələr ürəyimdə söndü , hey…


Buz bulaqlar bizdən küssün, haqqı var,

Sərin mehlər üzdən əssin, haqqı var,

Dağlar bir az daha dözsün, haqqı var,

Duman basıb o gözəlim kəndi, hey…




Ayaqyalın şehli ç
əmən gəzərdim,

Çiçəkləri yatağında üzərdim,

Dağ döşündən kəndimizi süzərdim,

Bir nəfəsə yüyürərdim bəndi, hey…




Yandım yen
ə ana vətən, amansız,

Ömür keçdi , əldən ketdi zamansız,

Xuramanın xeyalları qərarsız,

İçimdəki arzularım öldü , hey…




…Bulaqları x
əyalımda içirəm,

Dağlarından at belində keçirəm,

Biçənəyi əllərimlə biçirəm,

Xatirələr ürəyimdə söndü , hey…




Xuraman Camalqızı
www.kafiye.net