B İ R D Ə G İ R M Ə Y U X U M A




İnsaf eyl
ə barı, girmə yuxuma,

Ta istəməm ki göz yaşı tökəm mən.

Ta istəməm, bir də səni görüncə,

Ki büküləm,önündə diz çökəm mən.




İnsaf eyl
ə barı, girmə yuxuma,

Bir də gəlib,qəfil tutma əlimdən.

Bir də gəlib,aralama əllərim

Sirr dolusu nöqtəmdən, vergülümdən.




İnsaf eyl
ə barı, girmə yuxuma,

Qoy qalım necə ki eləcəyəm mən.

Qoy qalım dəftırə,qələmə bağlı,

Onlarla dərd-qəmi böləcəyəm mən.




İnsaf eyl
ə barı, girmə yuxuma,

Qoy gah dəniz,gah da ki çay olum mən.

Qoy yayda qar töküm,qışda od olum,

Gecə günəş, gündüzlər ay olum mən.




İnsaf eyl
ə, barı girmə yuxuma,

Qov məni, dəf eylə etdiyin kimi.

Ol ayrı budaqda,ol ayrı bağda,

Get,geri dönmə də getdiyin kimi.




İnsaf eyl
ə barı, girmə yuxuma,

Qoy mən də mən olum,sən olmayım ki.

Min türlü heyvanlar,quşlar önündə

Onların hissiylə tən olmayım ki…




…D
əf eylə sən məni,unut sən məni,

Belə yanğı ta nəğmələr oxuma.

Arayıb, axtarıb, gəzib, qəfildən

İnsaf eylə, bir də girmə yuxuma!
İnsaf eyl
ə, bir də girmə yuxuma!




MƏZAHİR İSGƏNDƏR

21.04.2022

www.kafiye.net