Özbəkistanın sevimli şairi,bir çox ölkələrdə tanınmış tərcüməçi Gülzira xanıma,mənim”Haqqa ibadət”adlı şeirimi “Mənəviyyat çeşməsi”qəzetində yayımladığı üçün öz dərin təşəkkürümü bildirirəm.



Haqqa ibadət




Sübh çağı
ərşi titrədər,

Ruh oynadar “Azan”səsi.

Dualar haqqa yönələr,

Oxunar “Quran”ayəsi.




İman örp
əkli ümidlər,

Səcdəsində dua eylər.

Qara libaslı günahlar

Tanrıdan imdad diləyər.




M
ərhəməti əsirgəyən,

Məlhəmə duyar ehtiyac.

Özgəyə bəd niyyət olan,

Niyyətinə qalar möhtac.




Namaz vaxtı nur
ələnər,

Mömünin xoş əməlinə.

Haqqa əl açan günahlar,

Qarışar səvab selinə.




Gülüms
əyər göyün üzü,

Nurdan allanar yanağı.

Həqiqətin mizanında,

Qaçar Günəşin dodağı.




Günahlı da,günahsız da,

Üz tutar Tanrıya doğru.

Təkcə onun dərgahında,

Haqqa düz çəkilər sorğu.




Bir qurtum su içimi t
ək,

Ömür axar, bax beləcə.

Qövmin Haqqa ibadəti

İmandır əməldən öncə




Xalid
ə Nuray 23.10.2021.

www.kafiye.net