Kəmkəsir


10.04.22


Gözümün yaşıyla nələr etmədim…

Demə sulamışam bitməyən yeri.

Çan verdim canımdan kama yetmədim.

“Cənnət”bildim bülbül ötməyən yeri.



Xeyir yetirm
əmiş şərini gördüm.

Şirini daddırıb, acını dərdim .

Yarama məlhəmtək şerini sərdim,

Göynətdi onun da, örtməyən yeri.



Yaxşını uc-uca hey calasam da,

Pisini içimdə mən qalasam da,

Doymaqçün qaşığı çox yalasam da,

Qaldı kəmkəsirin yetməyən yeri .




Fəridə Köçərli.
www.kafiye.net